MAHUD

Geri qaytarma şərtləri

Qaytarılma və dəyişdirmə şərtləri

MAHUD olaraq təqdim etdiyimiz hər bir məhsulun müştərilərimizin gözləntilərini tam qarşılamasına xüsusi önəm veririk. Əgər əldə etdiyiniz məhsul ölçü, model və ya digər səbəblərlə sizə uyğun deyilsə, müəyyən edilmiş şərtlər və qanun çərçivəsində dəyişdirmə və geri qaytarma xidməti təqdim edirik.

Qaytarılma və dəyişdirmə şərtləri
  • Məhsul alış tarixindən etibarən 14 təqvim günü ərzində dəyişdirilə və ya geri qaytarıla bilər;
  • Məhsul istifadə olunmamış, ilkin görünüşü və etiketləri qorunmuş şəkildə təqdim edilməlidir;
  • Məhsul üzərindəki etiketləri və mövcud olduğu halda orijinal qablaşdırma saxlanılmalıdır;
  • Qaytarılma və dəyişdirmə zamanı alış-verişi təsdiqləyən sənədin təqdim edilməsi tələb olunur;
  • Məhsulda istehsal qüsuru aşkar edildiyi halda məsələ tərəfimizdən araşdırılır və uyğun həll təqdim olunur;
  • Onlayn sifarişlər üzrə geri qaytarma və dəyişdirmə ilə bağlı ətraflı məlumat üçün müştəri xidmətləri komandamızla əlaqə saxlaya bilərsiniz.
Qaytarılmayan məhsullar

Mövcud qaydalara uyğun olaraq bəzi məhsul kateqoriyaları üzrə geri qaytarma və dəyişdirmə xidməti tətbiq edilmir.

  • Ağ köynəklər
  • Aksesuar məhsulları
  • Şəxsi istifadə xarakteri daşıyan məhsullar
  • Endirim bölməsindən əldə olunan seçilmiş məhsullar
Qaytarılma prosesi
  • Qaytarılma və ya dəyişdirmə ilə bağlı müraciətinizi müştəri xidmətləri komandamıza təqdim edin;
  • Məhsul tərəfimizdən yoxlanıldıqdan sonra (geyinilmə faktı, ləkə və ya qoxu yoxlanılır) müraciətə uyğun qərar təqdim olunur;
  • Şərtlərə uyğun məhsullar üzrə geri ödəniş alış zamanı istifadə olunan ödəniş üsulu əsasında həyata keçirilir.

Ətraflı məlumat üçün müştəri xidmətləri komandamızla əlaqə saxlaya bilərsiniz.

Online geri qaytarma sorğusu göndərmək üçün Daxil ol.