Məhsula qulluq
Klassik kostyumlar xüsusi qulluq tələb edən məhsullar olduğu üçün müştərilərimizə əlavə xidmət imkanları təqdim edirik.
Məhsullara qulluq və quru təmizləmə xidməti
Məhsulların keyfiyyətini və görünüşünü uzun müddət qoruma q üçün düzgün qulluq xüsusi əhəmiyyət daşıyır.
MAHUD-dan dəst (kostyum dəsti) əldə edən hər bir müştəriyə alış tarixindən etibarən 6 ay müddətində keçərli olmaqla 2 dəfə quru təmizləmə xidməti təqdim olunur.
Quru təmizləmə hüququ sifariş tamamlandıqdan sonra avtomatik olaraq müştərinin şəxsi kabinetində aktiv kupon kimi əks olunur.
Xidmətdən istifadə qaydaları
- Quru təmizləmə xidməti yalnız MAHUD-dan alınmış dəst məhsullara şamil edilir;
- Müştəriyə təqdim olunan 2 istifadə haqqı alış tarixindən etibarən 6 ay müddətində keçərlidir;
- Müəyyən edilmiş müddət ərzində istifadə edilməyən kuponlar avtomatik olaraq qüvvədən düşmüş hesab olunur;
- Xidmət yalnız təqdim olunan aktiv kupon əsasında həyata keçirilir.
MAHUD olaraq məqsədimiz yalnız məhsul təqdim etmək deyil, məhsullarımızın uzunmüddətli istifadəsini və ideal görünüşünü qorumağa dəstək olmaqdır.
Qeyd: Məhsulları yalnız mağazaya təhvil verdiyiniz təqdirdə xidmətdən yararlana bilərsiniz.