MAHUD

Tez-tez verilən suallar (FAQ)

Ən çox verilən sualların cavabları:

Tez-tez verilən suallar (FAQ)

  1. Sifarişimi necə dəyişdirə və ya ləğv edə bilər əm?
    Sifarişinizdə dəyişiklik etmək və ya sifarişi ləğv etmək üçün müştəri xidmətləri komandamızla əlaqə saxlaya bilərsiniz. Bunun üçün +994 10 258 70 70 nömrəsi ilə əlaqə saxlamağınız və ya saytımız üzərindən müraciət göndərməyiniz kifayətdir.
  2. Sifarişimin statusunu necə izləyə bilərəm?
    Sifarişinizin hazırkı statusu haqqında məlumat əldə etmək üçün müştəri xidmətləri komandamızla telefon və ya WhatsApp vasitəsilə əlaqə saxlaya bilərsiniz. Müraciət əsasında sifariş izləmə məlumatı tərəfinizə təqdim olunacaq.
  3. Məhsulları mağazada yoxlayıb sınaqdan keçirə bilərəm?
    Bəli, mağazalarımızda məhsulları sınaqdan keçirərək sizə uyğun modeli və ölçünü rahat şəkildə seçə bilərsiniz. Nəzərə almağınızı xahiş edirik ki, bəzi məhsul kateqoriyaları üzrə dəyişiklik və geri qaytarılma tətbiq edilmir.
  4. Məhsulu saytda sifariş edib mağazadan təhvil almaq mümkündürmü?
    Bəli, sifariş zamanı “Mağazadan təhvil al” seçimindən yararlana bilərsiniz. Məhsul mağazada mövcud olduğu halda rezervasiya edilərək qısa müddət ərzində təhvil üçün hazır vəziyyətə gətirilir. Sifarişiniz hazır olduqda tərəfinizə SMS bildirişi göndərilir.
  5. Saytda tükənmiş məhsulu yenidən əldə etmək mümkündürmü?
    Saytda tükənmiş kimi görünən məhsulların yenidən stokda olub-olmayacağı barədə məlumat almaq üçün müştəri xidmətləri komandamızla əlaqə saxlaya bilərsiniz. Komandamız məhsulun mövcudluğu və yenilənməsi barədə sizə ətraflı məlumat təqdim edəcəkdir.
  6. Ölçü uyğun olmadığı halda dəyişiklik mümkündürmü?
    Bəli, uyğun ölçü olmadığı halda məhsulun dəyişdirilməsi mümkündür. Dəyişiklik şərtləri və düzgün ölçüləri təyin etmək üçün müştəri xidmətləri komandamızla əlaqə saxlamağınız tövsiyə olunur.
  7. Quru təmizləmə xidmətindən necə istifadə edə bilərəm?
    MAHUD-dan dəst məhsul əldə edən müştərilərə 6 ay müddətində keçərli olmaqla 2 dəfə quru təmizləmə xidməti təqdim olunur. Quru təmizləmə hüququ alışdan sonra avtomatik olaraq şəxsi kabinetinizdə aktiv kupon kimi əks olunur və təqdim olunan müddət ərzində istifadə edilə bilər.